Azərbaycanın xalq artistinin Avropadakı dəbdəbəli evi – FOTO

Azərbaycan əsilli opera müğənnisi, dramatik tenor, Xalq artisti Yusif Eyvazov Yeni ili ailəsi ilə birlikdə yeni, dəbdəbəli evində qeyd edib.

Globalinfo.az bildirir ki, sənətçi paytaxt Vyanadakı mənzilindən foto sosial şəbəkədə paylaşıb.

“Qaynarinfo”nun məlumatına görə, sözügedən ev Avstriyada yerləşir. Fotoda sənətçinin xanımı, Rusiyanın Xalq artisti Anna Netrebko və oğlu Tiyaqo da yer alıb.

Qeyd edək ki, Tiyaqo Anna Netrebkonun ilk evliliyindən dünyaya gəlib.