Xaçmazda itkin düşən gənc Bakıda tapıldı – YENİLƏNİB

Xaçmazda itkin düşən şəxs tapılıb.

Globalinfo.az bildirir ki, verilən məlumata görə, Elşad İmran oğlu Museyibovun Bakıda olduğu məlum olub.

O, atası ilə əlaqə saxlayaraq, tezliklə Xaçmaza qayıdacağını bildirib.

XXX 19:13

Xaçmazda itkin düşən 27 yaşlı şəxs axtarılır.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Globalinfo.az-a bildirilib ki, rayon ərazisində yaşayan 27 yaşlı Müseyibov Elşad İmran oğlu 2024-cü il iyunun 4-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.