Vaqif Xaçaturyan Meşəli hadisələrini törədərkən anlaqlı vəziyyətdə olub və heç bir psixoloji xəstəlik aşkarlanmayıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Vaqif Xaçaturyan barədə keçirilən məhkəmə psixiatrik ekspertizanın rəyində bildirilib.
Rəydə qeyd edilib ki, V.Xaçaturyan Meşəli hadisələrində hadisəni törədərkən güclü ruhi əsəb gərginliyi keçirməyib, özünü idarə etmək qabiliyyətində olub.
İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 29 iyul 2023-cü il tarixli 1028 N-li və əlavə məhkəmə-tibbi ekspertizasının 23 avqust 2023-cü il tarixli K/284-2023 N-li rəylərindən görünür ki, Xaçaturyan Vaqif Çerkezoviçin məhkəmə-tibbi müayinəsi zamanı sol dirsək çuxuru nahiyəsində dörd ədəd əzilmiş yaraların sağalmış izləri olan köhnə çapıq toxumalar aşkar edilib, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənib, əmələgəlmə müddəti 3-5 ildən əvvəl yetirilməyə uyğun gəlir, cərrahi tikildikləri üçün sağlamlığa yüngül zərərvurmaya aiddir.














