Ordumuzla döyüşmək istəyən erməni general saxlanılır

Ordumuzla döyüşmək istəyən erməni general saxlanılır

Ermənistan ordusunun sabiq baş qərargah rəisi general Qriqori Xaçaturovun yenidən həbs edilməsi tələb olunur. 

Globalinfo.az xəbər verir ki, Ermənistanın Baş prokuroru Anna Vardapetyan general barəsində verilən son həbs qətimkan tədbirinin girov və inzibati nəzarətlə əvəz edilməsi qərarının ləğvi və yenidən həbsi üçün kassasiya məhkəməsinə şikayət edib.

Çirkli pulların yuyulmasında ittiham olunaraq həsb edilən Q.Xaçaturov son olaraq 20 milyon dram girov qarşılığında həbsdən buraxılmışdı. O, inzibati nəzarət altında saxlanılırdı.

Xatırladaq ki, Q.Xaçaturova müharibə zamanı mövqelərindən geri çəkilmək əmr edilsə də, o, Azərbaycana qarşı döyüşməyə davam edəcəyini bildirib. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sabiq baş katibi vəzifəsini icra etmiş erməni general Nikol Paşinyanı istefaya səsləyən, ona qarşı çıxan şəxslərdən olub. Daha sonra haqqında həbs qərarı çıxarılıb. Q,Xaçaturov Rusiyanın Ermənistandakı əsas adamlarından, hətta orduda əsas nümayəndələrdən hesab edilir. Onun barəsindəki qərarın dəyişdirilməsi ciddi müzakirələrə səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az