Volkovun Balasanyanla gizli görüşü: Laçın dəhlizi haqda qərar verildi

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Andrey Volkov Xankəndidə məskunlaşmış separatçı-terrorçu rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

Məlumata görə, görüş zamanı guya Volkov Balasanyana Laçın dəhlizində keçid məntəqəsinin yox, sadəcə, rentgen-skanerin yerləşdiriləcəyini bildirib.

Qəzet öz mənbələrinə istinadən artıq skanerlərlə bağlı razılığın əldə olunduğunu söyləyib:

“Azərbaycanlılar onlayn rejimdə Qarabağa gələn sərnişinləri və yükləri müşahidə edə biləcəklər. Daha dəqiq desək, dəhlizə ruslarla birgə nəzarət həyata keçiriləcək.

Rusiya sülhməramlı kontingentinin rəhbəri Volkov Balasanyanla görüş keçirib ki, anti-Rusiya əhvali-ruhiyyəsi alovlanmasın. Tərəflər bu razılaşma faktını hələlik gizlətmək qərarı alıblar”.

İlkin
Globalinfo.az