Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların 2022-ci ildəki fəaliyyətinə dair əməliyyat müşavirəsi keçirilib.

DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, nazir müşavirədə Daxili Qoşunların ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, respublikada, o cümlədən işğaldan azad edilmiş ərazilərdə hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini Prezidentin yüksək qiymətləndirdiyini qeyd edib.

Sonra daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.

V.Eyvazov Qoşunların qarşısında duran vəzifələri qeyd edib, tapşırıq və tövsiyələrini verib.