Kiyevə gözlənilməz səfər: vəzifədən getdikdən sonra…

Kiyevə gözlənilməz səfər: vəzifədən getdikdən sonra...

Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynaya səfər etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Qardian” qəzeti yayıb.

Qəzet səfərin yaxın vaxtlarda baş tutacağını bildirib. Məlumata görə, Consonun səfərdə əsas məqsədi Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməkdir.

Qeyd edək ki, bu, keçmiş baş nazirin müharibə başlayandan sonra Kiyevə dördüncü səfəri olacaq. B.Conson Ukraynanı dəstəkləyən əsas siyasi fiqurlardandır.

Gülnar Səlimova
Globalinfo.az