“Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.
Globalinfo.az xəbər verir ki, şirkət rəhbəri Yasamal rayonunda söküntü işi ilə əlaqədər cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.
Söküntü işləri “Melissa Group” tikinti şirkəti tərəfindən aparılıb.














