Vətəndaşdan nazirə maraqlı təklif

Vətəndaşdan nazirə maraqlı təklif

Gənclər və idman naziri Fərid Qayıbov vətəndaş tərəfindən nərd duelinə çağırılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu maraqlı hadisə bu gün Bakıda keçirilən “İnsan Resursları Zirvəsi 2023” tədbirində baş verib.

Tədbirin iştirakçılarından Vəfadar Babayev moderatora sual ünvanlayıb ki, “feybukda nazir Fərid Qayıbovu nərd duelinə dəvət etmişdim və mənə cavab müsbət gəlmişdi. Bilmək istərdim ki, duel nə vaxt olacaq?”

Nazir isə suala cavabında deyib ki, “niyə də olmasın? Bu duel mütləq olacaq, vaxtını və yerini dəqiqləşdirərik”.