1713021090 1637740666 qeza


Vətən müharibəsi qazisi Samir Rzayev yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, hadisə ötən gün Goranboyun Bəşirli kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2114 markalı minik maşını yoldan çıxaraq aşıb.

1743779985 WhatsApp Image 2025 04 04 at 19.17.27

Qəza zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Samir Rzayevin həyatını xəstəxanada xilas etmək mümkün olmayıb.

Digər yaralı – 1987-ci il təvəllüdlü Seymur Tağıyevin müalicəsi davam etdirilir.

Qazi doğulduğu Gəncə şəhərində dəfn edilib.

Qeyd edək ki, qəzada həlak olan Samir Rzayev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Paylaş: