Android istifadəçiləri üçün Vatsapa daha bir funksiya əlavə olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “VABetaİnfo” məlumat yayıb.
Yeni funksiya sayəsində Vatsapda göndərilən səsli mesajları mətnə çevirmək mümkün olacaq.
Bu funksiya hazırda məhdud sayda istifadəçi üçün əlçatandır. Yaxın gələcəkdə Vatsapın bütün versiyasında aktiv olacaq.














