Vaşinqtonun “qara qutusu” SİRLƏRİ açdı: “Bakı ilə bağlı əsas məqsəd budur”

İrəvan səfərindən iki həftə sonra ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen Bakıya gələcək. Dövlət Departamentinin mətbuat xidməti bu barədə məlumat yayıb.

Bildirilir ki, Ceyms Obrayen Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dəstəyi təsdiqləmək niyyətindədir. Bakıda diplomatın Prezident İlham Əliyev və xarici işlər naziri ilə görüşəcəyi gözlənilir. ABŞ Qafqaz siyasətini ciddiləşdirir və sülh sazişinin rellaşmasına çalışır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Ceyms Obrayenin Azərbaycana səfəri sülh müqaviləsinin imzalanması ilə bağlıdır:

“Prezident İlham Əliyev COP29-a qədər Ermənistanla sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu elan etdi. Əsas maneə Ermənistan konstitusiyadır ki, burada düzəliş edilməlidir. Bundan əlavə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Almatı görüşü ərəfəsində səsləndirdiyi müəyyən şərtlərdən də rəsmi İrəvan imtina etməlidir”.


Abutalıb Səmədov

Siyasi şərhçinin sözlərinə görə, ABŞ-ın son addımları sülh sazişinin mümkün qədər tez imzalanmasında maraqlı olduğunun göstəricisidir:

“Azərbaycan və Ermənistan da bunu istəyir. Məsələdə rəsmi Vaşinqtonun yardımına ehtiyac var. ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin Bakıya səfəri çərçivəsində bir sıra önəmli məsələlər müzakirə ediləcək. COP29-a hazırlıq, parlament seçkilərinin keçirilməsi və s. buna daxildir.
ABŞ Cənubi Qafqazda mövqe tutmaq, söz sahibi olmaq üçün ədalətli mövqeyə sahiblənməyə çalışır. Ermənipərəst mövqeyindən əl çəkərsə, Bakının Vaşinqtonla heç bir problemi olmaz”.

Safura Bənnayeva
Globalinfo.az