Vaşinqton İrəvana “sağ” göstərib, “sol” vurdu – Vəziyyət dəyişir

“Analiz qabiliyyətini saxlayan hər kəs anlayacaq ki, ABŞ əslində bölgədə kimin – Azərbaycanın, yoxsa Ermənistanın müttəfiqidir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Armen Aryvazyan deyib.

“Faktiki olaraq rəsmi Vaşinqton ermənilərin Qarabağdan çıxmasını regional stabillik və ABŞ-Azərbaycan tərəfdaşlığına hərbi investisiya kimi görür. Lakin bizim analitiklərimiz bundan yan keçirlər və hələ də ABŞ-la ölü strateji münasibətlərin bərpası ilə fəxr etməyə davam edirlər. Analiz qabliyyətini saxlayan və azca da olsa vətənpərvər olan anlayacaq ki, ABŞ əslində kimin müttəfiqidir – Azərbaycanın yoxsa Ermənistanın” – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az