“Vaşinqton İranın nüvə proqramını dayandırıb”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə bir sıra sərəncamların imzalanması zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Vaşinqton bunu etməsəydi, Tehran yaxın bir-iki ay ərzində istifadəyə hazır böyük nüvə silahına malik olardı.
“Dünyanın ən böyük nüvə arsenalı bizdədir. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Çin gəlir.ABŞ Rusiya ilə birgə nüvə silahlarının azaldılması istiqamətində səylərini davam etdirəcək, həmçinin bu prosesə Çinin də qoşulmasına çalışacaq” – Tramp qeyd edib.














