Vardanyan Xankəndidə qan tökülməsinə səbəb olacaq addım atdı

Xankəndidəki separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycana qarşı törədilən təxribatlarda iştirak edən terrorçuları mükafatlandırır.

Globalinfo.az xəbər verir ki, bunun onları həvəsləndirmək üçün edildiyi bildirilir.

Ruben xüsusilə martın 5-də baş verən təxribatda iştirak edən separatçılara pul mükafatı verib.

Vardanyanın bu addımı Qarabağda terrorçuluğu maliyyələşdirmək mahiyyəti daşıyır.

Qeyd edək ki, martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu vasitəsilə Qarabağa qanunsuz hərbi daşımalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən yoxlanılması zamanı qarşı tərəfdən atəş açılıb və atışma baş verib. Nəticədə Ordumuzun 2 hərbi qulluqçusu şəhid olub. Düşmən tərəfdən isə 3 təxribatçı məhv edilib, biri ağır yaralanıb.

Ayşən Mustafa
Globalinfo.az