Ümumdünya Səhiyyə Təşkilatı əməkdaşlarına erkən təqaüdə çıxmağı tövsiyə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bu qərar ABŞ-ın təşkilatı tərk etmə ehtimalı ilə bağlı alınıb. Bununla da qurum xərcləri azaltmağı hədəfləyir. Razılaşan əməkdaşlar 3 ay təşkilatda işləyəcək, daha sonra onlara 45 günlük istifadə olunmamış illik məzuniyyət ekvivalenti ödəniləcək. Xarici əməkdaşlara isə ölkələrinə qayıtmaq üçün lazım olan xərc təzminat qismində ödəniləcək.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ÜST-dən çıxmaq barədə Sərəncam imzalayıb.
Aysel Əliyeva
Globalinfo.az














