2010-cu ildə ABŞ-da qorxu filmlərini xatırladan hadisə baş verib.
Globalinfo.az xəbər verir ki, gənc ailənin uşaq bilib övladlığa götürdüyü şəxsin 22 yaşı olduğu ortaya çıxıb.
Məlumata görə, həmin şəxs cırtdan gənc qız olub və özünü uşaq kimi aparıb.
Ailə həmin qız tərəfindən hücuma məruz qaldıqdan sonra həqiqəti öyrənib.
Belə ki, cütlük 2010-cu ildə Nataliya adlı qızı 6 yaşlı uşaq bilib övladlığa götürüblər. Lakin sonra aonun davranışları xüsusi diqqət çəkib, yetişkin insan kimi hərəkət etdiyi, bədənində tüklər olduğunu görüblər. Ailə həqiqəti öyrənəndə ondan imtina etmək istəyib, lakin bu, onlara baha başa gəlib.
Cütlük iddia edib ki, Nataliya əvvəlcə onları zəhərləməyə çalışıb. Hətta bir gecə əlində bıçaqla yataq otaqlarına daxil olaraq onları öldürmək istəyib. Bundan sonra ailə Kanadaya köçməli olub.
Qeyd edək ki, məlumatı qonşular da təsdiqləyib.
Leyla Əlisoy
Globalinfo.az














