
***10:22
Azərbaycanda unun qiyməti son bir ayda bahalaşıb. Bununla bağlı Globalinfo.az-a izləyicilər məlumat verib. Məlumata görə, aprel ayının 25-nə qədər 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Ötən ayın sonlarından isə bu qiymət 27 manat 35 qəpiyə qədər artıb.
Belə olan halda çörəyin qiyməti artırılacaqmı?
Məsələni dəqiqləşdirmək üçün Globalinfo.az “Sarı Sünbül” MMC ilə əlaqə saxlayıb.
Şirkət unun bahalaşmasını təsdiq edib:
“Bəli, 50 kiloqramlıq unun hazırda topdansatış qiyməti 27 manatdır. Bahalaşma unun bütün növlərinə aiddir. Buna səbəb isə buğdanın qiymətinin artmasıdır”.
Çörəyin qiymətinin artıb-artmadığını dəqiqşləşdirmək üçün “İsrafiloğlu” MMC ilə əlaqə saxladıq.
“NUR” çörəyi hələ ki, köhnə qiymətlə satılır. Unun bahalaşması səbəbindən çox güman ki, biz də topdansatış qiymətini artıracağıq. Bu, bizdən asılı məsələ deyil. Un bahalaşırsa, avtomatik cüzi də olsa çörəyin qiyməti artırılacaq”,- deyə bildirilib.
***
İqdisadçı Xalid Kərimli “Xəzər Xəbər”ə açıqlamasında deyib ki, Azərbaycan buğdaya olan tələbatı əsasən idxal hesabına qarşılayır. Onun sözlərinə görə, Ukrayna və Rusiya arasında gərginliyin davam etməsi və məhsuldarlıqda yaranan narahatlıq qiymətlərə təsir edən əsas amillərdəndir.
Ekspert hesab edir ki, məhsul yığımındakı çətinliklər aradan qalxmasa, qiymətlərin enəcəyi real görünmür.
Daha ətraflı videomaterialda:
Zaira Akifqızı
Globalinfo.az














