“Ukrayna hakimiyyəti Rusiyanı təxribatda ittiham etmək üçün Kursk və Zaporojye atom elektrik stansiyalarına zərbələr endirməyi planlaşdırır”.
Globalinfo.az xəbər verir ki, Xarkov vilayətindəki mənbələr bu iddia ilə çıxış edilib.
Bildirilib ki, sözügedən məlumat Ukrayna Silahlı Qüvvələrinin 82-ci Xüsusi Hava Desant Briqadasının hərbi əsirlərinin dindirilməsi zamanı əldə edilib.
“Ukraynanın Kurçatov və Enerqodardakı Kursk və Zaporojye atom elektrik stansiyalarının nüvə obyektlərinə hücum etmək niyyətinin olduğu məlumdur. Bu çərçivədə Rusiya rəhbərliyi cavab tədbirləri görə bilər və Ukrayna ərazisinə nüvə silahı ilə zərbə endirə bilər”, – məlumatda bildirilib.
Hərbi müxbir Marat Xayrullin də Ukrayna tərəfindəki mənbələrə istinadən Kiyevin nüvə təxribatı hazırladığını bildirib. Onun məlumatına görə, Kursk və ya Zaporojye atom elektrik stansiyalarına hücum ehtimalı çox yüksəkdir.













