Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Afinada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə sahəsində əməkdaşlığı müzakirə edib.
Globalinfo.az xəbər verir ki, onlar dəniz tipli pilotsuz uçuş aparatlarının hazırlanması və istifadəsi üzrə birgə fəaliyyət barədə razılığa gəliblər.
Görüşdən sonra yayılan birgə bəyanatda qeyd olunur ki, tərəflər “dəniz təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş müdafiə əməkdaşlığını dərinləşdirmək, o cümlədən dəniz PUA-larının hazırlanması və istifadəsi, bu sahədə birgə təlimlər və tədris proqramlarının keçirilməsi, həmçinin dəniz təhlükələri barədə məlumat mübadiləsinin genişləndirilməsi” barədə razılığa gəliblər.














