ukrayna

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker və NATO-nun Ukrayna üçün Təhlükəsizlik və Hazırlıq üzrə Xüsusi Missiyasının komandanı, general-leytenant Kertis Bazzard ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Teleqram” kanalında məlumat paylaşıb.

O qeyd edib ki, görüşdə əsas diqqət PURL təşəbbüsü çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün önləyici raketlərin tədarükünün genişləndirilməsi vasitəsilə Ukrayna səmasının qorunmasına yönəldilib.

Zelenski vurğulayıb ki, Rusiyanın davam edən kütləvi zərbələri fonunda bu məsələ hazırda ən başlıca prioritetdir.

Görüş zamanı həmçinin ABŞ ilə Ukrayna arasında ikitərəfli müdafiə tərəfdaşlığı, o cümlədən Donald Trampın Ankarada qəbul etdiyi Ukraynada “Patriot” sistemlərinin istehsalı üçün lisenziya verilməsi qərarının icrası və tərəflərin üzərində işlədiyi “Drone Deal” layihəsi nəzərdən keçirilib.

Qeyd olunub ki, sözügedən layihənin yaxın vaxtlarda yekunlaşacağı gözlənilir.

Görüşün yekununda general-leytenant Bazzard Ukraynanın III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: