Ukrayna təsdiqlədi: Hədəflər ABŞ-a ötürülür

Ukrayna təsdiqlədi: Hədəflər ABŞ-a ötürülür

“Rusiya ərazisinə hücum etmək üçün hədəflərin siyahısı ABŞ hakimiyyətinə ötürülür”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rüstəm Umerov “CNN” telekanalına müsahibəsində təsdiqləyib.

Onun sözlərinə görə, Amerika lideri Co Bayden Ukrayna ordusuna Rusiyanın dərinliklərindəki hədəfləri uzaqmənzilli raketlərdən istifadə edərək vurmağa icazə vermir və Kiyevin qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı xahişini nəzərdən keçirir.

“Ümid edirəm ki, bizim xahişimizi nəzərə alacaqlar”, – deyə Umerov vurğulayıb.

“CNN” bildirir  ki, Ukrayna təmsilçiləri Vaşinqtona prioritet hədəflərin siyahısını təqdim etməli olublar. Çünki bu hədəfləri vurmadan hərbi əməliyyatların gedişatını dəyişmək çətin olacaq.

Müşviq Tofiqoğlu
Globalinfo.az