“Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı verdiyi açıqlamalara görə üzr istəməyi planlaşdırmır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib.
O, Zelenskinin bəyanatlarında tamamilə haqlı və dəqiq olduğunu vurğulayıb.
Qeyd edək ki, Donald Tramp fevralın 28-də Vaşinqtonda keçirilən görüşdə Zelenskini tənqid edib. Bu hadisədən sonra ABŞ Ukraynaya hərbi dəstəyi tamamilə dayandırıb.
Günay Rəsulqızı
Globalinfo.az














