Ukrayna Silahlı Qüvvələri Belqoroda hücum etdi – ölənlər var

Ukrayna Silahlı Qüvvələri Belqoroda hücum etdi - ölənlər var

Ukrayna Silahlı Qüvvələrinə (AFU) məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Belqorod şəhərinə hücum təşkil edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Baza” teleqram kanalı yayıb.

Hücum nəticəsində azı iki nəfərin həlak olduğu bildirilir. Onların zərbə anında küçədə olduqları qeyd olunur. Hadisə zamanı daha üç nəfər yaralanıb.

PUA-ların enişindən sonra şəhərdə yanğınlar başlayıb. Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub. Rusiya rəsmiləri hücumla bağlı araşdırmaya başladığını açıqlayıb.

Tahir Turan
Globalinfo.az