Ukrayna sanksiyalar paketi hazırlayır – Zelenski

Ukrayna sanksiyalar paketi hazırlayır – Zelenski

Volodimir Zelenski Ukraynanın sanksiyalar paketinin hazırlanması barədə göstəriş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özünün teleqram kanalında məlumat yayıb.

“Bu, güclü paketdir. Əsasən Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi kölgə tanker donanmasını hədəf alıb. Müdafiəmizi sarsıtmağa, Rusiyaya kömək etməyə çalışanlar, nüfuzlu insanlar – hər birinin adı bizə çox yaxşı bəllidir. Hazırda müvafiq fərmanın hazırlanması istiqamətində işlər davam edir. Hər şey addım-addım edilir. Biz bu sanksiyalar paketini tərəfdaşlarımızla da sinxronlaşdıracağıq, ilk növbədə də Avropa İttifaqı ilə”, – Zelenski bildirib.

Aysel Əliyeva
Globalinfo.az