Ukrayna ordusu ilk dəfə Rusiya hərbi mövqelərinə ATACMS raketləri ilə zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Müdafiə Qüvvələrindəki mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Bryansk vilayətinin Karaçev bölgəsi yaxınlığında 1046 saylı logistika mərkəzinin arsenalı vurulub.
Hücumun noyabrın 19-na ötən gecə, saat 02:30 radələrində edildiyi iddia olunur. 12 ikinci dərəcəli partlayış və detonasiyanın qeydə alındığı bildirilib.
Əliyar Xəlil
Globalinfo.az