Ukrayna Rusiyanın Su-25-ni vurdu – VİDEO

Ukrayna Rusiyanın Su-25-ni vurdu - VİDEO

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində Rusiyaya məxsus təyyarəni vurub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Konstantinovski şəhər hərbi idarəsinin rəisi Sergey Qorbunov bildirib.

“Qırıntılar Konstantinovski şəhərinin ətrafına düşüb, bir neçə fərdi evə ziyan dəyib. Ölən və xəsarət alan yoxdur”, – deyə o qeyd edib.

Qeyd edək ki, vurulan təyyarənin Su-25 olduğu bildirilib.