“İnanıram ki, biz hamımız bu çətin vaxtlarda dözəcəyik və sonda Ukrayna Rusiyanı məğlub edəcək”.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Polşanın prezidenti Anjey Duda Münhen Təhlükəsizlik Konfransında bəyan edib.
“Polşa və Ukrayna xalqları arasında münasibətlər indi son əsrlər kontekstində ən yaxın münasibətlərdir”, – deyə o əlavə edib.














