Ukrayna rəsmisi: Rusiya 2 minə yaxın raket ehtiyatı saxlayır

Ukrayna rəsmisi: Rusiya 2 minə yaxın raket ehtiyatı saxlayır

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo Rusiya Silahlı Qüvvələrinin hazırda 2000-ə yaxın raket ehtiyatına malik olduğunu bildirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “We Are Ukraine” məlumat yayıb.

Jmaylonun sözlərinə görə, Moskva bu arsenalı ayda 50-60 ədəd “Kh-101” tipli qanadlı raket və 10-15 ədəd ballistik raket istehsalı hesabına formalaşdırıb. O, həmçinin qeyd edib ki, müharibənin ilk ilində Rusiya ayda cəmi 100 pilotsuz uçuş aparatı və 100 raket buraxa bilirdisə, hazırda bu göstəricilər xeyli artıb.

“İndi səmada dronların buludlarını və hədəfləri dəqiqliklə vuran raketləri görürük. Bu, Rusiya tərəfindən aparılan veb müharibəsinin nəticəsidir”, – deyə Jmaylo vurğulayıb.

Tahir Turan

Globaıinfo.az