
“Rusiya və Ukrayna arasında danışıqlar başlamazdan əvvəl, hər iki ölkə 30 gün ərzində atəşi dayandırmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak deyib.
“Rusiya İstanbulda görüş təklifini elan etməklə, münaqişəni davam etdirmək istəyini ört-basdır edir. Əvvəlcə 30 günlük atəşkəs olmalı, sonra digər addımlar atılmalıdır. Atəşkəs müharibəni bitirmək üçün ilk addımdır”, – deyə Yermak bildirib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İstanbulda danışıqlar aparmaq təklifinə müsbət cavab verib. O, görüşə hazır olduğunu vurğulayıb.
Günay Rəsulqızı
Globalinfo.az