Ukrayna ordusu Luqanskın 9 yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu Luqanskın 9 yaşayış məntəqəsini azad etdi

Ukraynanın Luqansk vilayətinin 9 yaşayış məntəqəsi Rusiya qüvvələrindən azad edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Luqansk regional administrasiyasının rəhbəri Sergey Hayday “Twitter”də bildirib.

“Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətində artıq 9 yaşayış məntəqəsini azad edib. Ümid edirəm ki, müdafiəçilərimiz hər həftə bu rəqəmi artıracaqlar”, – o deyib.