Ukraynanın müdafiə naziri Denis Şmıqal xarici ölkələrdə xidmət edən ukraynalı diplomatlarla görüşü zamanı 2026-cı il üçün ölkənin müdafiə ehtiyaclarından danışıb.
Globalinfo.az xəbər verir ki, o, Ukraynanın müdafiəsi üçün gələn il azı 120 milyard dollara ehtiyac olacağını bildirib.
“Biz bu məbləğin yarısını müttəfiq ölkələrin dəstəyi ilə təmin etməyə çalışırıq. Artıq Avropa İttifaqı (Aİ) və NATO üzvü dövlətlərlə konkret danışıqlara başlamışıq”, – deyə Şmıqal qeyd edib.
Onun sözlərinə görə, bu vəsait Ukraynanın davamlı müqavimətini təmin etmək və təhlükəsizliyi qorumaq baxımından həyati əhəmiyyət daşıyır.
Tahir Turan














