Ukrayna müharibəsi: Daha bir azərbaycanlı həlak oldu

Ukrayna müharibəsi: Daha bir azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Globalinfo.az “Unikal”a istinadən bildirir ki, Rusiya tərəfindən döyüşlərdə iştirak edən 1986-cı il təvəllüdlü Ruslan Balayar oğlu Camalov həyatını itirib.

R.Camalovun nəşi ölkəyə gətirilərək Lənkəran rayon Daşdatük kəndində torpağa tapşırılıb.

Mərhum subay idi.