Ukrayna müharibəsi belə bitəcək: iki yol var – Araud

Ukrayna müharibəsi belə bitəcək: iki yol var - Araud

Fransanın BMT-dəki keçmiş səfiri Jerar Araud Ukraynadakı müharibənin yalnız iki yolla bitə biləcəyini deyib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Journal du Dimanche” qəzetinə danışıb.

Keçmiş səfirin sözlərinə görə, münaqişə ya Rusiyanın tam qələbəsi, ya da danışıqlar masasında yekunlaşacaq.

Diplomat qeyd edib ki, indiki şəraitdə Qərbin Kiyev üçün hərbi və siyasi baxımdan sonsuz dəstək imkanları tükənir və yalnız Moskva qələbə qazana bilər.

“Qərb Ukrayna uğrunda ölməyəcək. ABŞ Prezidenti Donald Tramp isə bu münaqişədən uzaqlaşmağa çalışır,” – Araud vurğulayıb.

O əlavə edib ki, Avropa İttifaqı Rusiya ilə danışıqlarda maraqlı olmalıdır, çünki müharibənin uzanması həm iqtisadi, həm də siyasi baxımdan Avropa üçün risk yaradır.

Tahir Turan
Globalinfo.az