Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ilə bağlı növbəti dəfə görüş keçirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Görüş martın 15-də Qərb liderləri ilə videozəng formatında keçiriləcək. Növbəti toplantının martın 2-də keçirilən sammitin davamı olacağı deyilir.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında fevralın 28-də baş tutan mübahisəli görüşdən sonra Londonda Ukrayna ilə bağlı sammit keçirilib. Həmin sammitdə Ukrayna üçün sülh planı hazırlanması məqsədilə “Könüllülər birliyi”nin yaradılması qərara alınıb, həmin birliyə 20 ölkə qoşulub.
Aysel Əliyeva
Globalinfo.az














