Ukrayna ordusu daha bir mühüm mövqeyi itirdi

Ukrayna ordusu daha bir mühüm mövqeyi itirdi
“Ukrayna Silahlı Qüvvələri Avdeyevkanın cənubundakı “Zenit” istehkam sahəsindən geri çəkilib.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri Aleksandr Tarnavski açıqlayıb.

A.Tarnavski qoşunların Avdeyevkanın cənub-şərq istiqamətindən geri çəkildiyini deyib.

O bildirib ki, bu qərar şəxsi heyəti qorumaq və əməliyyat vəziyyətini yaxşılaşdırmaq üçün qəbul edilib.

Komandir buna baxmayaraq Rusiyanın həmin istiqamətdə hər hansı starteji üstünlük əldə edə bilməcəyini vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az