Ukrayna dronları Rusiyanı vurdu: Ufa neft zavodunda böyük yanğın – VİDEO

Ukrayna dronları Rusiyanı vurdu: Ufa neft zavodunda böyük yanğın – VİDEO

Ukraynanın Baş Kəşfiyyat İdarəsinə məxsus pilotsuz uçuş aparatları Rusiyanın Ufa şəhərində yerləşən neft emalı zavoduna zərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “UNİAN” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, “Bashneft-Novoyl” müəssisəsində xam neftin ilkin emalı üçün nəzərdə tutulmuş vakuum kolonu ciddi zədələnib. Hazırda ərazidə genişmiqyaslı yanğın davam edir.

Aysel Əliyeva
Globalinfo.az