Ukrayna dron istehsalını genişləndirir – Zelenski

Ukrayna dron istehsalını genişləndirir – Zelenski

Ukraynanın bu il üçün aldığı beynəlxalq dəstək genişmiqyaslı müharibə başlayandan bəri ən yüksək həddə çatıb.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezident bu barədə ənənəvi axşam videomüraciətində danışıb və tərəfdaşlarla yerli silah istehsalına sərmayələrin artırılması üçün əməkdaşlığın genişləndirilməsi barədə hökumətə tapşırıq verdiyini açıqlayıb.

Zelenskinin sözlərinə görə, Ukrayna bu istiqamətdə uzunmüddətli və sistemli əməkdaşlığa xidmət edəcək yeni bir platforma üzərində çalışır və bu layihəyə artıq bir sıra ölkələr qoşulub.

Gələn həftə NATO müttəfiqləri ilə yeni razılaşmaların əldə olunacağı gözlənilir. Bu razılaşmalara texnologiya, pilotsuz uçuş aparatları və artilleriya sursatlarına sərmayələr daxildir.

Zelenski həmçinin bildirib ki, Ukrayna dron istehsalını artırır və bu sahədə də mühüm irəliləyişlər var.

Aysel Əliyeva
Globalinfo.az