Ukrayna Belqorodu vurdu: Yaralananlar var

Ukrayna Belqorodu vurdu: Yaralananlar var

Belqorod yaxınlığında Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod şəhərinə PUA hücumu həyata keçirib.

Globalinfo.az xəbər verir ki, hücum nəticəsində yeddi nəfər yaralanıb.

Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Dəymiş zərərin miqdarı dəqiqləşdirilir.

“Belqorod vilayətində, Çeremoşnoye – Nikolskoye – Oktyabrski şossesində hərəkətdə olan avtomobilə PUA hücumu oldu. Hadisə nəticəsində yaralananlar var. Əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub”, – deyə Qladkov vurğulayıb.

Qeyd olunur ki, Ukrayna qoşunları mütəmadi olaraq müxtəlif üsullarla, o cümlədən PUA-lar vasitəsilə Rusiyanın sərhəd rayonlarını, xüsusən Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərini atəşə tutur.

Müşviq Tofiqoğlu
Globalinfo.az