ABŞ Ukrayna ilə danışıqlarda irəliləyişin əldə ediləcəyini gözləyir.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
Uitkoff qeyd edib ki, ABŞ həm də faydalı qazıntılarla bağlı sazişin imzalanmasına da ümid edir.
“Biz ora real irəliləyiş ümidi ilə gedirik”, – o bildirib.
Zelenskinin yenidən ABŞ-a qayıdıb saziş imzalayacağı ilə bağlı suala isə Uitkoff “mən həqiqətən çox ümid edirəm. Bütün əlamətlər nikbindir” deyə cavab verib.
O bildirib ki, danışıqlar masasında müzakirəyə çıxarılacaq mühüm məsələlərdən biri də Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyüdür. Eləcə də kəşfiyyat məlumatları mübadiləsi də gündəliyə daxil edilib, lakin Uitkoff bir daha bu məlumatların tamamilə dayandırılmadığına diqqət çəkib.
Qeyd edək ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş bu həftə Səudiyyə Ərəbistanında baş tutacaq.
Aysel Əliyeva
Globalinfo.az














