“Fənərbağça”ya Mourinyo ilə bağlı pis xəbər

"Fənərbağça"ya Mourinyo ilə bağlı pis xəbər

UEFA “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, cəzaya əsasən mütəxəssis növbəti oyunda iştirak etməkdən məhrum edilib.

Buna səbəb Mourinyonun “Lion”la oyun zamanı futbolçularını meydana gec buraxması olub. Belə ki, nəticədə yarışın başlaması gecikib.

Qeyd edək ki, “Fənərbağça” UEFA Avropa Liqası çərçivəsində növbəti oyunda “Midtjylland” klubu ilə qarşılaşacaq.