Türküstanda savaş güclənir: Blinken adamını türk dövlətinə göndərdi

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Donald Lunun Qırğızıstan və Tacikistana səfəri başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.

Məlumata görə, səfər ümumilikdə 5 gün davam edəcək. Lunun səfəri zamanı həm Tacikistan, həm də Qırğızıstanda ikitərəfli münasibətlərlə yanaşı, təhlükəsizlik sferasında əməkdaşlıq məsələlərinin də müzakirə ediləcəyi vurğulanıb.

Qeyd edək ki, cari ildən etibarən ABŞ rəsmilərinin Mərkəzi Asiya dövlətlərinə səfərlərinin sayı intensiv formada artıb. Vaşinqton adıçəkilən dövlətlərlə yanaşı, Qazaxıstan və Özbəkistanla da münasibətləri maksimum şəkildə artırmaq niyyətində olduğunu açıqlayıb. Bütün səfərlərə rəğmən, amerikalılar hələlik dövlətlərin heç birində özünün geosiyasi rəqiblərinə müqavimət göstərmək üçün kəskin üstünlük qazana bilməyib.

İlkin Həsənov
Globalinfo.az