Türküstanda böyük rəqabət: ABŞ-ın Bakı həmləsindən sonra Çin addım atır

Çin lideri Si Szinpin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak üçün Mərkəzi Asiyanı ziyarət edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Çin Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, Szinpin Qazaxıstan və Tacikistana səfər edəcək. Onun səfəri 2-6 iyul arasında olacaq.

Qeyd edək ki, Çin liderinin Mərkəzi Asiyaya səfəri ABŞ-ın bu bölgəni özü üçün prioritetlərdən biri elan etməsindən sonraya təsadüf edir. Məsələ odur ki, cümə günü Bakıda olan ABŞ dövlət katibinin müavini Ceyms Obrayen Mərkəzi Asiyadan Avropaya dəhlizin olmasını mühüm əhəmiyyətli layihə olduğunu bildirib. O bu layihənin gerçəkləşməsi üçün Azərbaycanla Ermənistan arasında sülhə ehtiyac olduğunu söyləyib.

Çin son illərdə Mərkəzi Asiyada təsirini artırmağa başlayıb. Çin təsiri özəlliklə Qazaxıstan, Tacikistan və Qırğızıstanda hiss edilir. Pekinin investisiyası burada ənənəvi təsirə sahib olan Rusiya ilə toqquşur. Lakin son illərdə ABŞ-ın bölgəyə marağı kəskin şəkildə artıb. Vaşinqton Çinlə rəqabət fonunda Qazaxıstan və Özbəkistanla danışıqlarını intensivləşdirib.

Əliyar Xəlil
Globalinfo.az