Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilir.
Globalinfo.az bildirir ki, iclasda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası (ŞKTR) Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assemblyası sədrinin müavini Marta Matrai, müşahidəçi təşkilatların, türk əməkdaşlıq təşkilatlarının nümayəndələri iştirak edir.
***11:56
Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) sədrlik Türkiyədən Azərbaycana keçib.
Globalinfo.az bildirir ki, bu barədə Assambleya Şurasının 13-cü iclasında qərar qəbul edilib .
Belə ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sədrliyi Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya təhvil verib.














