Türkiyəyə hücum başladı: BP ölkəni tərk edir, ABŞ inflyasiya rıçaqını işə salır

Türkiyəyə hücum başladı: BP ölkəni tərk edir, ABŞ inflyasiya rıçaqını işə salır

BP şirkəti Türkiyəni rəsmi şəkildə tərk etdiyini açıqladı. Bu proseslə paralel olaraq Türkiyə faktiki olaraq NATO-da təklənir. ABŞ, Fransa, Yunanınstan hər vəchlə Ankaranı sıxışdırmağa çalışır.

Vaşinqtonun Türkiyəyə tətbiq etdiyi sanksiyalar, habelə, “dollar diplomatiyası” da bu ölkənin iqtisadiyyatına ciddi zərər vurur.

Bəzi ekspertlər hesab edir ki, Vaşinqton ilə Ankara arasında gərginlik Azərbaycana da sıçrayacaq. Hətta mövcud ABŞ-Azərbaycan gərginiyinin bir səbəbinin də bu olduğu deyilir.

Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur? bu gedişat Türkiyəyə nə vəd edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Türkiyənin bir çox məsələlərdə, o cümlədən Şərqi Avropa və Yaxın Şərqdə yeritdiyi siyasət bir çox Qərb ölkələrini, həmçinin Ankaranın NATO-dakı müttəfiqlərini narahat etməmiş deyil:

Türkiyəyə hücum başladı: BP ölkəni tərk edir, ABŞ inflyasiya rıçaqını işə salır

Kənan Novruzov

“Bunu onlar özləri də açıq şəkildə deyirlər. Elə Türkiyə rəsmiləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan da Qərb müttəfiqləri ilə ziddiyyəti gizlətmir. Amma görünür, bu, Türkiyəni narahat etmir.

Əslində Ankaranın hazırkı xarici siyasət kursu məntiqlidir. Türkiyə sırf NATO-ya görə Rusiya ilə, həmçinin İslam aləmi ilə münasibətləri pozmaq istəmir. Bu, başadüşüləndir. Türkiyənin strateji maraqları bunu tələb edir.

Gələcəkdə Qərb ölkələri ilə Türkiyə arasında münasibətlərin daha da gərginləşməsi mümkündür. Ankaraya qarşı hədə ritorikası arta bilər. Amma bunun nəticə verəcəyinə inanmıram. Türkiyə ilə Qərb müttəfiqləri arasındakı gərginliyin regiona təsirinə gəldikdə isə deməliyik ki, Bakı və Ankara hər zaman koordinasiyalı davranır. Bu, hər iki dövləti təhdidlərdən qoruyan əsas amildir.

ABŞ-la Ankara və Bakı arasındakı münasibətlər daha da pisləşəsərsə, biz itirən tərəf olmayacağıq”.

Turan Rzayev
Globalinfo.az