Türkiyənin İYİ Partiyasının sədri Meral Akşenerin halı pisləşib, xəstəxanaya aparılıb.
Globalinfo.az xəbər verir ki, Akşener qusma, qızdırma, ağrı və halsızlıq şikayətilə xəstəxanaya çatdırılıb.
Onun infeksiyaya yoluxduğu müəyyən edilib. Xəstəxana nəzarət altında saxlanılan müxalifət liderinin vəziyyətinin yaxşı olduğu bildirilir. Səhhətində yaranan problem səbəbilə Akşenerin görüş və digər proqramları müvəqqəti təxirə salınıb.
Əliyar Xəlil
Globalinfo.az














