Türkiyənin hakim partiyasının qərargahına hücum oldu – VİDEO

Türkiyənin hakim partiyasının qərargahına hücum oldu - VİDEO

Ankarada hakim Ədalət və İnkişaf Partiyasının qərargahına hücum olub.

Globalinfo.az xəbər verir ki, 37 yaşlı Abdülkadir Yazıcı əlindəki daş və çubuqla qərargahın pəncərəsinə zərbə endirib.

Partiya binasını qoruyan polislər təxribatçı hücuma dərhal cavab veriblər. Xəsarət alan olmayıb. Yazıcı tutularaq nəzarətə götürülüb.