Türkiyənin Ermənistan siyasəti belə olacaq – Melkonyan

Türkiyənin Ermənistana münasibətdə siyasəti aqressiv olacaq.

Globalinfo.az xəbər verir ki, bunu erməni türkoloq Ruben Melkonyan deyib.

“Ərdoğanın yenidən prezident seçilməsindən sonra biz belə qənaətə gələ bilərik ki, Türkiyə siyasi elitası və ictimaiyyətin mütləq əksəriyyəti millətçilərdir. Bu isə birbaşa dövlət siyasətinə təsir edəcək. Nəticədə Ermənistana münasibətdə siyasət daha dözümsüz və aqressiv olacaq”, – o bildirib.

Melkonyan həmçinin Ermənistan Baş naziri Nikol Paşinyanın Ərdoğanı təcili təbrik etməsinin Ankaranın İrəvana qarşı münasibətini dəyişməyəcəyini söyləyib.

İlkin Həsənov
Globalinfo.az