David Seliverstov: “Qənirə Paşayevanın əməlləri tarixdə qalacaq”

Magen David Groupun rəhbəri, Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, o, bu haqda deyib:

“Qənirə xanımın vəfatı çox kədərlidir. Hamımız günlərdir onun üçün dualar etdik, vəziyyətinin dəyişəcəyinə inandıq. Qənirə xanım layiqli bir Azərbaycan xanımı, xalqın sevdiyi, etibar etdiyi bir deputat idi. Onun Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində verdiyi bütün müsahibələr, yazdığı məqalələr, insanlara etdiyi dəstəklər, bütün əməlləri hər zaman yaddaşlarda, tarixdə müsbət hadisə kimi qalacaqdır.
Qənirə xanıma Tanrıdan rəhmət diləyirəm”.