
Türkiyənin Çanaqqala bölgəsində tüğyan edən meşə yanğını yerli sakinlərin həyatına ciddi təhlükə törətməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, artıq yanğın zonasının bilavasitə yaxınlığında yerləşən kəndlərdən birinin sakinləri təxliyə ediliblər.
Qeyd olunur ki, güclü küləyin təsiri altında yanğın sürətlə yayılır.
Alovla mübarizə üçün çox sayda texnika və canlı qüvvə cəlb olunub.














